13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Akademiyada işləyənlərə torpaq sahəsi veriləcək
Tarix: 15-12-2018 09:32 | Bölmə: Cəmiyyət
Akademiyada işləyənlərə torpaq sahəsi veriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçilərinə bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsi ayrılacaq.

Reyting.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti qərar verib.

Rəyasət Heyətinin iclasında "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənəd təsdiq edilib.

Bunun icrasını təmin etmək məqsədilə yaradılmış komissiya torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə edilməsinə dair sənədi hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq