20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rayonlarda həkim çatışmazlığı var - Açıqlama
Tarix: 21-12-2018 12:22 | Bölmə: Cəmiyyət
Rayonlarda həkim çatışmazlığı var

Azərbaycanda həkimlərin və reabilitasiya işçilərinin sayı orta Avropa göstəricilərinə yaxındır.

Reyting.az xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə forum"da Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva deyib.

Onun sözlərinə görə, həkimlərin sayına görə şəhər və rayonlarda çox böyük qeyri-bərabərlik var: "Mənə elə gəlir ki, islahatlar aparıldıqca bu rəqəmlər də dəyişəcək".

Zəkiyyə Mustafayeva qeyd edib ki, artıq bir neçə ay əvvəl prezidentı İlham Əliyevin təlimatı ilə əlilliyin qarşısının erkən alınması ilə bağlı milli fəaliyyət planı təsdiq olunub: "Planın əsas iştirakçısı Səhiyyə Nazirliyidir. Eyni zamanda planın icrasında digər dövlət qurumları da iştirak edir. Plana əsasən çoxsaylı tədbirlər həyata keçiriləcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər