20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Qətlə yetirilən iş adamı generalın qardaşı oğludur - Yenilənib
Tarix: 22-12-2018 12:30 | Bölmə: Cəmiyyət
Qətlə yetirilən iş adamı generalın qardaşı oğludur

Xəbər verildiyi kimi, paytaxtın Xətai rayonunda iş adamı qətlə yetirilib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.

Onun bir müddət əvvələ kimi Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı olduğu, səhhətindəki problem səbəbindən işdən kənarlaşdığı bildirilirdi.

Reyting.az-ın xəbərinə görə, Unikal.org-un əldə etdiyi məlumatda bildirilir ki, qətlə yetirilən Fariz Vahabov MTN-in Mərkəzi Aparatının sabiq rəhbəri Fərhad Vahabovun qardaşı oğludur.

Xatırladaq ki, MTN-in Mərkəzi Aparatının sabiq rəhbəri, general-mayor Fərhad Vahabov sabiq nazir Eldar Mahmudovun ən yaxın kadrlarından biri hesab edilirdi. O, 2015-ci ilin noyabrında həbs olunub.

****
Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının qətlə yetirilməsi ilə bağlı bəzi iddialara münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş MTN-in sabiq əməkdaşı Fariz Vahabovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq Aparat rəhbəri Fərhad Vahabovla hər hansı qohumluq əlaqəsi yoxdur.

E. Sultanov həmçinin bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər