20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Məhkəmə Milli qəhrəmanı təhqir edən psixoloqa qarşı iddiaya baxmaqdan imtina edib
Tarix: 25-12-2018 16:39 | Bölmə: Cəmiyyət
Məhkəmə Milli qəhrəmanı təhqir edən psixoloqa qarşı iddiaya baxmaqdan imtina edib

Xətai rayon Məhkəməsi sosial şəbəkələrdəki ifadələrinə görə psixoloq Nərmin Şahmarzadəyə qarşı irəli sürülmüş iddianı icraata götürməkdən imtina edib.

Reyting.az bildirir ki, ona qarşı böhtanla bağlı iddia Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Araz Musayev xüsusi ittiham qaydasında qaldırıb.

Bu barədə Nərmib Şahmarzadə özü bildirib.

Onun sözlərinə görə, Araz Musayev və vəkilləri Nərmin Şahmarzadənin 147-ci maddə (böhtan) ilə məsuliyyətə cəlb olunmasını, Azərbaycan xalqından üzr istəməsini və 3 il azalıqdan məhrum olunmasını istəyiblər.

Lakin məhkəmə iddianın qanuni əsaslarla verilmədiyini əsas göstərərək onu icraata götürməkdən imtina edib.

Qeyd edək ki, Nərmin Şahmarzadənin Facebook-da Milli Qəhrəman Mübariz İbrahimov haqda söylədiyi fikirlər sosial şəbəkələrdə qalmaqala səbəb olub. O, "döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürməyi" qəddarlıq saydığını yazıb.

Sonradan M.İbrahimovun valideynlərindən üzr istəyərək bildirib ki, onun sözləri təhrif edilib və o, onların oğlunu qatil adlandırmayıb. M.İbrahimov 2010-cu il iyunun 18-də ermənilərin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər