20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
120-dən çox hakim məhkəmə sistemindən xaric edilib - Nazir
Tarix: 25-12-2018 20:54 | Bölmə: Cəmiyyət
120-dən çox hakim məhkəmə sistemindən xaric edilib

Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirədə deyib.

Müşavirədə korrupsiya hüquqpozmalarına görə 34 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 11 nəfərin aşağı vəzifəyə keçirildiyi və ya iş yerinin dəyişdirildiyi bildirilib.
Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik və digər nöqsanlara yol verilməsi, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftar edilməsi qeyd olunub, belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.

Bununla bağlı qarşıda duran vəzifələr, o cümlədən etik davranış qaydalarına dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi diqqətə çatdırılıb, apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər