20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Telman İsmayılov Çernoqoriya vətəndaşlığı aldı
Tarix: 27-12-2018 11:57 | Bölmə: Cəmiyyət
Telman İsmayılov Çernoqoriya vətəndaşlığı aldı

İki sifarişli qətldə iştirakda ittiham oluanaraq beynəlxalq axtarışa verilən Moskvadakı Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov Çernoqoriya vətəndaşlığı alıb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, artıq İsmayılovun ələ keçirilməsi demək olar mümkün olmayacaq.

Bundan əvvəl məlumat verildiyi kimi, Rusiya İstintaq Komitəsi 2006-cı ilin may ayında 2 milyon dollara görə Moskva ətrafında iki nəfərin qətlinin təşkil etməkdə günahlandırılan biznesmenin qardaşı Rafiq İsmayılova qarşı araşdırmanı başa çatdırıb.

Biznesmenin daha bir qohumu, Daxili İşlər Nazirliyinin keçmiş əməliyyatçısı Vaqif İsmayılov da qətllə bağlılıqda şübhəli bilinir. İstintaqın versiyasına görə, o, qardaşına qətldə istifadə olunan silahın gizlədilməsi ilə izi itirməkdə və gizlənməkdə kömək edib. Vaqif İsmayılovun hazırda ailəsi ilə birlikdə İtaliyada yaşadığı bildirilir.

İsmayılovun müdafiəçiləri iddia edirlər ki, bütün ittiham qətlin birbaşa icraçısı Mehman Kərimovun ifadələrinə əsaslanır.

Noyabr ayında xəbər verilib ki, Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib.

Telman İsmayılov eyni zamanda müğənni Avraam Russonun 2004-cü ildə oğurlanmasında iştirakda da günahkar bilinir. Musiqiçinin oğurlanması ilə bağlı iş dekabrın axırında baş prokurorluğa göndərilib. İstintaqın versiyasına görə, İsmayılov bir müddət konsetr fəaliyyətini maliyyələşdirdiyi müğənninin oğurlanmasını aralarındakı münaqişə səbəbindən təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər