20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Gəncə işi"nə görə həbs edilən daha 8 nəfərin məhkəməsi başlayır
Tarix: 27-12-2018 16:02 | Bölmə: Cəmiyyət
"Gəncə işi"nə görə həbs edilən daha 8 nəfərin məhkəməsi başlayır

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfərin - Cabir Əzizov, Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev və Sabir Əzizovun məhkəməsi başlayır.

Reyting.az "report"a istinadən xəbər verir ki, bir neçə maddə ilə ittiham edilən şəxslərin cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlil açıqlanmayıb.

Cinayət işində 17 zərərçəkən var.

Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılan terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Sentyabrın 28-də baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.

Başqa bir qrupun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun və digər hakimi Dadaş İmanovun icraatına verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər