17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycana qaçan keçmiş məmur ölkəsinə ekstradisiya olunub
Tarix: 28-12-2018 22:28 | Bölmə: Cəmiyyət
 Azərbaycana qaçan keçmiş məmur ölkəsinə ekstradisiya olunub

Korrupsiya ittihamları ilə beynəlxalq axtarışa verilmiş Qırğızıstan Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri Adamkul Junusov Azərbaycandan Bişkekə ekstradisiya olunub.

Bu barədə Qırğızıstanın Baş Prokurorluğu məlumat yayıb.

"Bu il dekabrın 14-də Azərbaycan Baş Prokurorluğu Qırğızıstan Baş Prokurorluğunun vətəndaş Adamkul Junusovu Qırğızıstan hökuməti yanında İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin icraatında olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ekstradisiya olunması xahişini qəbul edib", - Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, dekabrın 28-də İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin əməkdaşları Qırğızıstanın Baş Prokurorluğunun tapşırığı əsasında Adamkul Junusovu Bişkekə aparıblar. Məlumata görə, ekstradisiya Qırğızıstan və Azərbaycan baş prokurorluqlarının qarşılıqı əməkdaşılığı sayəsində mümkün olub.

Xatırladaq ki, Adamkul Junusov bu il dekabrın 5-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Azərbaycan Qırğızıstan Dövlət Gömrük Komitəsinın keçmiş rəhbərinin ekstradisiyasına icazə verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}