07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bakıda iki nəfəri güllələyən saxlanıldı
Tarix: 29-12-2018 15:23 | Bölmə: Cəmiyyət
Bakıda iki nəfəri güllələyən saxlanıldı

Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

Reyting.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirərək hadisə yerini tərk edib.

Nəticədə xəstəxanaya yerləşdirilən Tural Babayevin həyatını xilas etmək mümkün olmayıb, Asif Bağırovun vəziyyəti orta-ağırdır.

Hadisəni törədən Zaur İsmayılov könüllü olaraq Nizami rayon Polis İdarəsinə gedib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olduğunu bildirib.

Zaur İsmayılov saxlanılıb, silah evdən götürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}