Azərbaycanda yüksək vəzifəli məmur özünü güllələdi - Yenilənib
Tarix: 30-12-2018 22:30 | Bölmə: Cəmiyyət
Azərbaycanda yüksək vəzifəli məmur özünü güllələdi

Naxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov özünü güllələyib.

Reyting.az
saytı BakuPost-a istinadən xəbər verir ki, təxminən 15 gündür mütəmadi olaraq istintaqa çağırılan və ciddi psixoloji təzyiq altında olan M. Seyidov odlu silahdan açdığı atəşlə həyatına son qoyub.

Məlumata görə, M. Seyidov Şərur rayonunun mərkəzində odlu silahla özünə atəş açıb.

Onun cənazəsi dəfn olunmaq üçün Bakıya gətirilir.

Onu da qeyd edək ki, bu barədə ölkənin digər KİV-ləri də məlumat yayıblar və rəsmi təsdiqini tapmayan hadisənin təfərrüatlarını öyrənməyə çalışırlar.

***

Reyting.az bildirir ki, intihar edən M. Seyidov Binəqədinin keçmiş prokuroru Mirələkbər Seyidovun qardaşıdır.

Mirələkbər Seyidov Unikal.org-a açıqlamasında qardaşının intihar etdiyini təsdiqləyib. O, qardaşının bu gün Bakıdakı "Sədərək" qəbirsanlığında dəfn olunacağını bildirib.

Azərbaycanda yüksək vəzifəli məmur özünü güllələdiскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}