20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Zamirə Hacıyevanın 22 milyonluq əmlakı müsadirə oluna bilər
Tarix: 18-01-2019 23:16 | Bölmə: Cəmiyyət
Zamirə Hacıyevanın 22 milyonluq əmlakı müsadirə oluna bilər

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib.

Bu barədə Britaniya kütləvi informasiya vasitələrində məlumat yayılıb. Lakin Z. Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib.

Məlumata görə, Z. Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Zamirə Hacıyeva ötən il noyabrın 8-də zaminə buraxılıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər