13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Sahil Babayev daha bir kadr dəyişikliyi edib
Tarix: 26-01-2019 19:34 | Bölmə: Cəmiyyət
Sahil Babayev daha bir kadr dəyişikliyi edib

Dövlət Sosial Müdafiə Fondunun sədri Zakir Babayev işdən çıxarılıb.

Onun işdən kənarlaşdırılması isə bir neçə gün əvvəl olub.

Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov da təsdiqləyib.

Onun sözlərinə görə, hazırda bu vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcra Aparatının Sosial Təminat Siyasəti şöbəsinin müdiri Himalay Məmişov icra edir.(Oxu.az)

Xatırladaq ki, 68 yaşlı Zakir Babayev DSMF-nin sədri postunu müqavilə əsasında tuturdu.

ƏƏSMN-dəki mənbə deyir ki, Zakir Babayevlə hələ Səlim Müslümovun dövründə bağlanmış müqavilə bir neçə gün əvvəl başa çatıb. Bundan sonra yeni nazir Sahil Babayev onunla növbəti bir il üçün müqavilə bağlamaqdan imtina edib.(mia.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq