20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Qızılca xəstəliyi ölkəmizə keçir; Nazirlik 160 min doz peyvənd sifariş verib
Tarix: 29-01-2019 12:58 | Bölmə: Cəmiyyət
Qızılca xəstəliyi ölkəmizə keçir; Nazirlik 160 min doz peyvənd sifariş verib

2018-ci ildən etibarən Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyi artıb. Bunun ölkəmizdə də daha geniş yayılma təhlükəsi var.

Bəs, hazırda Azərbaycanda vəziyyət necədir və bu xəstəlik qeydə alınıbmı?

Reyting.az-ın məlumatına görə, Azərbaycanın Səhiyyə Nazirliyi bildirir ki, aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən respublika ərazisində qızılca xəstəliyi qeydə alınmayıb. Amma ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.

Nazirliyin mətbuat xidməti bildirir ki, xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib:

“Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.

Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib”.

Nazirlik qızılca xəstəliyinə görə epidemioloji vəziyyətin nəzarətdə olduğunu bildirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər