20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş redaktor hakim qarşısına çıxarılıb - Məhkəmə
Tarix: 29-01-2019 13:21 | Bölmə: Cəmiyyət
Baş redaktor hakim qarşısına çıxarılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zülfiyyə Babayeva, Arzuxanım Məmmədova və İlahə Xalidovanın məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra baş redaktorun qardaşı oğlu Tural Hacıbəyli ifadə verib. O deyib ki, saytın texniki problemlərinin həllində əmisinə kömək edib, lakin orada çalışmayıb.

Baş redaktorun vəkili Osman Kazımov T. Hacıbəylinin dindirilməsinə etiraz edib.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, "Bastainfo.com" saytının baş redaktoru Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədov barəsində də eyni maddələrlə ittiham irəli sürülüb. Onun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər