20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycanda 16 nəfər "donuz qripi”nə yoluxub
Tarix: 31-01-2019 13:25 | Bölmə: Cəmiyyət
Azərbaycanda 16 nəfər "donuz qripi”nə yoluxub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair xəbər yayıb.

Reyting.az
saytı Medicina.az-a istinadən xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1 virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib.

Səhiyyə Nazirliyi isə bildirir ki, Azərbaycanda "donuz qripi”nə yoluxma qeydə alınmayıb.

Qeyd edək ki, ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi, 16 halda А/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i А/H3, 22-i A virusudur.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər