Sabah külək güclənəcək - Xəbərdarlıq
Tarix: 13-01-2025 15:29 | Bölmə: Cəmiyyət
Sabah külək güclənəcək - Xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Reyting.az 
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Lerik, Yardımlı, Yevlax, Gəncə, Göygöl, Naftalan, Goranboy, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah qar yağacaq
5-02-2025, 12:31 Sabah yağış yağacaq
4-02-2025, 12:53 Sabah yağış yağacaq