20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
İdeoloji təxribatla üzləşmək istəmirsinizsə...
Tarix: 11-02-2019 11:29 | Bölmə: Cəmiyyət

Müdriklərin “Riyakarın qiyafəti işıq, məzmunu kölgədir”,- deyimi çağdaş dünyamızda aktuallığını qorumaqla yanaşı, həm də adiləşməsi ilə diqqəti cəlb edir. Əfsuslar olsun ki, bu aforizmdən irəli gələn və həyatın müxtəlif sahələrində müşahidə olunan keyfiyyətlər son zamanlar din, inanc kimi mənəvi dünyamıza da sirayət etdirilir. Bəli, etmir, məhz etdirilir. Çünki hər bir inanc sistemi, o cümlədən də mənsub olduğumuz cəmiyyətin mənəvi aləmini tənzimləyən sonuncu səmavi din – İslam dini riyakarlığı ən qəbih əməl kimi səciyyələndirir və insanlığı, xüsusilə özünü müsəlman sayanları belə naqislikdən çəkinməyə səsləyir.
Yüzillərdir ki, dindar insanlar müqəddəs məkanları ziyarət edir, xüsusilə Məhərrəm ayında “Ərbəin” ziyarətinə getməklə İmam Hüseyn müsibətinin baş verdiyi yerləri görüb, bəlkə yüzlərlə kilometr məsafəni piyada qət edir, bu əməldən feyz alaraq özümüzü mənən rahat hiss edirik. Təəssüf ki, insanların mənəvi rahatlığından, eyni zamanda o yerlərin insana verdiyi paklaşmadan sui-istifadə edənlər, məkrli plan hazırlayanlar da var. Zaman-zaman inanclı insanların saflığından istifadə edilməsi barədə eşitmiş, amma bunların keçici, nadir hadisə olduğunu düşünürdüm. Amma, belə deyilmiş.
Bu yaxınlarda polisdə çalışan dostumla həmsöhbət olarkən, o, məni hədsiz dərəcədə heyrətləndirən məsələlərdən bəhs etdi və mən eşitdiklərimdən həm həyəcanlanır, həm də qəzəblənirdim. Söhbətə qulaq asandan sonra xeyli fikirləşdim və bu barədə yazmasaydım özümü bağışlaya bilməzdim. Deməli, “Ərbəin” ziyarətinə gedən həmvətənlərimizə bəzi ölkələrin məxfi idarələrinin əməkdaşları əvvəlcə başqa adlar altında yaxınlaşır, onlarla “səmimi” ünsiyyət qurur, sonra da əsil simalarını göstərib, ziyarətə getmiş İmam Hüseyn əzadarını müxtəlif yollarla xəyanət uçurumuna yuvarlayırlar. Əfsuslar olsun ki, bunu edənlərin də qiyafəsi dini-İslam, hətta şiəlikdir. Bəli, mahiyyəti deyil, məhz qiyafəsi...
Zənnimcə, məni belə düşünməyə vadar edən məsələ barədə ətraflı məlumat vermək yerinə düşərdi. Ona görə ki, bu nə əvvəlincidir, nə də axırıncı.
Deməli, bu yaxınlarda bizim hüquq-mühafizə orqanları bir əməliyyat həyata keçirib və görülən tədbirlər nəticəsində ölkəmizin vətəndaşı İmanov Hüseyn Əliağa oğlunun üzərində narkotik vasitə olan heroin aşkar edilib. Bu işlə əlaqədar H. İmanovun evində axtarış aparılıb və bu zaman evinin divarlarından asılan şəkillərdən, bəzi əşyalardan məlum olub ki, bu adam həm də dindardır və onun əməli ilə dindarlığının təzad təşkil etməsi, istər-istəməz orqan işçilərində təbii maraq oyadıb.
Hüseyn İmanovla aparılan söhbət, sonra da ilk sorğu-sual zamanı məlum olub ki, o, özünün dediyi kimi tələyə düşüb. Belə ki, “Ərbəin” ziyarətində olarkən, məqsədli şəkildə dindar qiyafəsinə bürünmüş xarici ölkələrdən birinin gizli idarəsinin əməkdaşı onunla tanış olub. Məlum olub ki, adı Muhamməd olan bu şəxs xaricdə terror-təxribat fəaliyyətinin həyata keçirilməsi üzrə ixtisaslaşmış əməkdaşdır. Hüseyn İmanovla tanışlıqdan sonra bir müddət telefon vasitəsilə onların münasibətləri davam edib. Əcnəbi əməkdaş həmvətənimizi təsir altına salıb və israrla ölkəsinə dəvət edib. Nəhayət, əsil simasını göstərən Muhamməd, orada onu ideoloji təsir altına salıb və maddi maraq müqabilində ələ alıb.
Yazımın əvvəlində dediyim kimi, təəssüf ki, sadəlövh insanların inanclarından hər zaman müəyyən qüvvələr yararlanmağı bacarıb. Muhamməd də, soydaşımızın dini hisslərindən yararlanaraq onunla Azərbaycan əleyhinə söhbətlər aparmış, sonuncuya respublikamızın, doğma vətənimizin mənafeləri zərərinə olan tapşırıqlar vermişdir. Muhamməd bununla kifayətlənməyib və həmçinin onun dinindən olmayanlarla mübarizə apardıqlarını bildirmiş, onlara qarşı terror aktı törətməyin vacibliyini H. İmanova təlqin etmişdir. O həddə çatıb ki, artıq din söhbətini yeri gələndə kənara qoyub, Hüseyn İmanova kriminal mühitə nüfuz etmək, habelə «avtoritet»lərlə əlaqələr yaratmaq tapşırığını verib. Görünür nəzərdə tutduqları cinayətlərin miqyasını böyütmək, xarakterini də daha qəddarcasına həyata keçirmək məqsədini güdüblər. Muhamməd, verdiyi tapşırıqlar icra olunmayacağı təqdirdə, Hüseyn İmanovu ailə üzvlərinin həyat və sağlamlığına zərər vurmaqla təhdid edərək onu psixoloji təsir altında saxlamışdır. H. İmanov etiraf edib ki, Muhamməd tərəfindən ona hədə-qorxu gələrək Azərbaycan ərazisində terror-təxribat hərəkətlərinin törədilməsinə sövq edilib.
Eşitdiklərim, nəinki bir vətəndaş, həmçinin bir müsəlman və insan olaraq məni doğrudan da hiddətləndirdi. Sual yaranır ki, sən İslam adından danışır, üstəlik özünü on iki imam ideyasının bayraqdarı sayırsansa, sərgilədiyin davranış nədən qaynaqlanır? Sən nə haqla cənnət gənclərinin ağası, seyyiduş-şühəda İmam Hüseynin (ə) hərəminin zəvvarlarını etiqadi və ideoloji təxribata məruz qoyursan?
Muhamməd kimilərinin dini ideya, yoxsa siyasi-ideoloji baxış olduğu bəlli olmayan dövlət ideologiyalarını “ilahi qaynaqlı təlim” adı ilə əldə bayraq etməsini düşünərkən, hələ ötən əsrin əvvəllərində böyük ədibimiz Mirzə Cəlilin öz mənafeləri üçün dini dəyərlərdən sui-istifadə edənlərə yönəlmiş çağırışını xatırlamamaq olmur: “...bunu da biliniz ki, ey mollalar, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir, keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb, haman yoğun dəyənəkləri əlinizdən alar və başlar ... dəxi dalısını demirəm”.
Əlbəttə, ola bilər ki, bu gün mühammədlər kimlərinsə sadəlövhlüyündən, məlumatsızlığından istifadə edib onları yoldan çıxara bilirlər, lakin bu gec-tez onsuz da faş olmağa məhkumdur.
Digər tərəfdən, belə hərəkətlər nə qədər hiddət doğursa da, yenə də istəməzdik adekvat təbliğatlar aparaq. Misal üçün, əgər, öz pozucu xarakterli əməllərinə “müqəddəslik” donu geyindirən biriləri mənim dövlət quruluşumu və ideologiyamı mənim həmvətənlərim qarşısında gözdən salmağa çalışırsa, ölkəsinə və dəyərlərinə sadiq bir vətəndaş kimi mənim də borcumdur ki, onları layiqli cavablandırım.
Lakin mütəxəssislərə, alimlərə sual ünvanlayıb hansısa dövlətin “müqəddəs”lik donu geydirdiyi ideologiyanı müzakirəyə çıxarıb gerçək dini dəyərlərə aidiyyətini şübhə altına almağı da özümə rəva görmürəm. Dövlətə, cəmiyyətə və insanlığa ehtiram naminə. Ehtiram isə birtərəfli deyil, qarşılıqlı olur. Bir də gerçək İslam keşikçisi, İslamın dəyər verərək Yer üzünün əşrəfi saydığı İnsanı riyakarlıqla din adı ilə uçuruma yuvarlamaz. Unutmamalıyıq ki, insan nə qədər sürətli qaçsa da, bir Uca Yaradanın nəzərindən, bir də öz vicdanından uzaq düşə bilməz.(Moderator.az)
Hacı Hüseyn Əlizadə
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
Bu gün, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Bu gün, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Bu gün, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Bu gün, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Bu gün, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Bu gün, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
Bu gün, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
Dünən, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
Dünən, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
Dünən, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
Dünən, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Dünən, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
Dünən, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
27-01-2026, 14:23
"Quş qripi"nə qarşı növbəti monitorinqlər keçiriləcək

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər