12:36 / 08-02-2025
Sabah qar yağacaq
Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb
Tarix: 08-02-2025 13:08 | Bölmə: Cəmiyyət
Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb

Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini, 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb.

Bildirilib ki, o, “Telegram” sosial şəbəkə seqmentində “Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:36 Sabah qar yağacaq
Dünən, 12:57 Sabah qar yağacaq
6-02-2025, 10:05 Bölgələrə qar yağır
5-02-2025, 12:31 Sabah yağış yağacaq
4-02-2025, 12:53 Sabah yağış yağacaq