20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Boşanmaların artmasına səbəb nədir? - Ekspertlər
Tarix: 21-02-2019 22:07 | Bölmə: Cəmiyyət

Ötən il Azərbaycanda bağlanan nikahların təxminən üçdə biri boşanma ilə nəticələnib. Ədliyyə Nazirliyinin rəsmi statistikasına görə, 2018-ci ildə respublikada 62 min 484 nikah, 14 min 857 min boşanma qeydə alınıb. Bu o deməkdir ki, əhalinin hər 1000 nəfərinə orta hesabla 1,5 boşanma düşür. Bu rekord göstərici yalnız rəsmi nikah bağlayan ailələrə aiddir. Nəzərə alsaq ki, xüsusən rayonlarda yaşı nikah bağlamaq üçün yetərli olmayan xeyli sayda gənc qeyri-rəsmi ailə qurur, statistikanın iki dəfəyə yaxın artma ehtimalı var.
Dövlət Statistika Komitəsinə inansaq, boşanma faizi illərdir ki, artan istiqamətdə davam edir. Məsələn, 2015-ci ildə boşanmaların sayı 12 min 764 idisə, 2016-cı ildə bu rəqəm 13 min 114, 2017-ci ildə isə 14 min 514 olub.
Əvvəllər ailələrdə boşanmalar daha çox sonsuzluq, uşağın olmaması ilə əlaqədar idisə, artıq statistika göstərir ki, uşaqlı ailələrdə də boşanma hallarına geniş rast gəlinir. Yəni, əvvəlki kimi uşağın olması ailənin davamlılığının təminatı olmaq rolunu çoxdan itirib. Rəsmi məlumata görə, 1990-cı illə müqayisədə 2017-ci ildə bir uşağı olan ailələrdə boşanma halları 70,95 faiz, 2 və daha çox uşağı olan ailələrdə boşanma halları 38,25 faiz artıb.

Boşanmaların son dövrlər bu qədər artmasının səbəbi nədir? Cəmiyyətdə bu neqativ statistikanı azaltmaq üçün hansı addımlar atılmalıdır? Tibb Universitetinin dosenti Rəşid Mahmudovun sözlərinə görə, hazırda boşanmaların ən əsas səbəbi kişinin evə pul gətirməməsidir: “İkinci səbəb telefonla bağlıdır, telefonlar da boşanmalara səbəb olur. Bundan başqa, qayınanaların və qohumların gəlinə münasibəti, kişinin ailədə rolunun zəifliyi boşanmalara səbəb olur. Boşananlardan soruşsan isə nə səbəblər deyəcəklər…”.
R. Mahmudov deyir ki, maarifləndirmə, insanların savadlandırılması və digər məsələlərlə bu problemin qarşısını almaq mümkün deyil: “Hər ailənin öz qibləsi var. Ailəni heç bir qanunla idarə etmək mümkün deyil. Nə qədər maarifləndirsən də heç bir xeyri olmayacaq. Çünki cəmiyyətdə qınaq yoxdur. İndiki qızlar bir otaqlı ev və maşın istəyir, bir də bir kişi olsun, öz istədiyini eləsin. Bu danılmaz həqiqətdir. Başqa heç bir səbəb ola bilməz”.

Millət vəkili Aqiyə Naxçıvanlı da boşanmaların yüksək həddə çatmasından narahatlığını ifadə edib: “Sözün düzü, biz də buna məəttəl qalmışıq. Dövlət gənclər üçün hər cür şərait yaradır, yetkinləşməkdə olan nəslin inkişafına hər cür dəstək olur. Bununla belə, bizim cəmiyyətə yad olan hallarla qarşılaşırıq”.
Millət vəkilinin sözlərinə görə, son vaxtlar bizim ölkə üçün xarakterik olmayan hallar yaşanır: “Bu vətəndaş nikahı hardan çıxıb? Nə islamda, nə Ailə Məcəlləsində, nə də konstitusiyada belə bir şey yoxdur. Gənc nəsil hansısa modeldən nümunə götürürsə, bu, bizim üçün qeyri-məqbuldur”.
A. Naxçıvanlı hesab edir ki, ağsaqqallar gənclərə öyüd-nəsihət verərək bu problem aradan qaldıra bilərlər.
Avropada son 30-40 ildə nikahlara görə boşanmaların həcminə diqqət yetirəndə görürük ki, boşanmaların səviyyəsi təxminən 50 faizədək yüksəlib. Hətta davam edən bu dinamikanın yaxın 30 ildə 80 faizə yüksələ biləcəyi proqnozlaşdırılır. Dünyada boşanmaların qurulan nikahlarla müqayisədə faiz göstəriciləri yüksək olan ölkələr bunlardır:
10. ABŞ – boşanma göstəricisi 53%
9. Fransa – boşanma göstəricisi 55 %
8. Kuba – boşanma göstəricisi 56 %
7. Estoniya – boşanma göstəricisi 58 %
6. Lüksemburq – boşanma göstəricisi 60 %
5. İspaniya – boşanma göstəricisi 63 %
4. Çexiya – boşanma göstəricisi 66 %
3. Macarıstan – boşanma göstəricisi 67 %
2. Portuqaliya – boşanma göstəricisi 68 %
1. Belçika – boşanma göstəricisi 71 %
Boşanma səbəblərinə gəlincə, bu hər bir ölkə və xalq üçün eyni deyil. Fərqli mentalitet, özünəməxsus sosal-mədəni inkişaf tarixi və fərqli sosial-iqtisadi inkişaf səviyyələri və digər amillər burada xüsusi rol oynayır.
Məsələn, Rusiyada boşanmalara səbəb olan amillər arasında əyyaşlıq və narkomanlıq amili 41 faiz ilə ön cərgədə gedir. Daha sonra evsizlik (26%), qohumların ailə işlərinə müdaxiləsi (14%) və sonsuzluq (8%) problemləri üstünlük təşkil edir. Türkiyədə boşanmalara səbəb olan amillər arasında qadın (61.5%) və kişinin (40.2%) ailədə bir-birinə münasibətdə məsuliyyətsiz və laqeyd davranmalarıdır. Daha sonra maddi sıxıntı (qadınlar 42.6%, kişilər 17.8%) və zorakılıq (qadınlar 36.4 %, kişilər 2.5 %) halları boşanmalara səbəb olur.(Virtualaz.org)
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
Bu gün, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Bu gün, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Bu gün, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Bu gün, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Bu gün, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Bu gün, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
Bu gün, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
Dünən, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
Dünən, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
Dünən, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
Dünən, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Dünən, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
Dünən, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
27-01-2026, 14:23
"Quş qripi"nə qarşı növbəti monitorinqlər keçiriləcək

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər