19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Yeni doğulan daha bir uşaq öldü
Tarix: 25-02-2019 11:49 | Bölmə: Cəmiyyət
Yeni doğulan daha bir uşaq öldü

Ağdaşda yeni doğulan körpə ölüb.

Reyting.az bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Ağdaş rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Güvəkənd kənd sakini, Əfsanə Hacıyeva fevralın 20-də saat 23 radələrində 37 həftəlik hamiləliklə xəstəxananın doğum şöbəsinə daxil olub.

Fevralın 21-də Ə. Hacıyeva oğlan uşağı dünyaya gətirib. Körpə tənəffüs çatışmazlığından küvəzə qoyulub və iki gün sonra orada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə edilib, meyitin daxili və xarici müayinəsi həyata keçirilib.(ona.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər