20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycanda təhsil almağın qaydaları dəyişdirildi
Tarix: 26-02-2019 08:57 | Bölmə: Cəmiyyət
Azərbaycanda təhsil almağın qaydaları dəyişdirildi

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 1 iyul tarixli 129 nömrəli və “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 1 may tarixli 125 nömrəli qərarlarında dəyişikliklər edib.

Reyting.az-ın məlumatına görə, dəyişikliklər əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin təhsili ilə əlaqədardır.

Beləliklə, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması isə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.(Trend)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər