20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İcra başçısının müəmmalı ölüm səbəbləri araşdırılır
Tarix: 28-02-2019 12:19 | Bölmə: Cəmiyyət
İcra başçısının müəmmalı ölüm səbəbləri araşdırılır

Naftalan rayon icra hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.

Bakı Şəhər Prokurorluğunun məlumatına görə, R. İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub.

Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürəktutmasından vəfat etdiyi bildirilirdi. Bu gün isə bəzi KİV-lər onun yaşadığı mənzildə dəm qazından zəhərlənərək öldüyünü yazıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər