20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə qaytarılsın - Təklif
Tarix: 28-02-2019 16:15 | Bölmə: Cəmiyyət
Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə qaytarılsın

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir.

Bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.

Məruzədə təklif edilir ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə qaytarılmaqla, bu qurumun büdcəsindən maliyyələşdirilsin.

Eyni zamanda, ümumtəhsil müəssisəsələrinə 1-ci sinfə gedən şagird qəbulu prosesinin təkmilləşdirilməsi, məktəblərin ərazi aidiyyatının qəbul prosesinədək dəqiqləşdirilməsi və bu məlumatların əvvəlcədən elan edilməsi təklif edilir.

Ombudsman təklif edir ki, siniflərin komplektləşdirilməsi zamanı şagirdlərin və məktəbəhazırlıq qruplarındakı uşaqların sayı ilə bağlı tələblərə riayət edilsin.(Trend)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər