Ombudsmanın azadlığını istədiyi məhbuslardan 54-ü əfv olunub
Tarix: 17-03-2019 15:13 | Bölmə: Cəmiyyət
Ombudsmanın azadlığını istədiyi məhbuslardan 54-ü əfv olunub

“Ölkə Prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı vətəndaş-dövlət həmrəyliyinə əsaslanan, insanlığa və insan hüquqlarına verilən dəyər, humanizm siyasətinin davamıdır”.

Reyting.az
-ın məlumatına görə, bunu Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə deyib.

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncama münasibət bildirən R. Rumzadə sayca 65-ci olan, çoxsaylı əhali qrupunu, o cümlədən xarici ölkə vətəndaşlarını əhatə edən əfv sərəncamının cəmiyyətimiz və dünya ictimaiyyəti tərəfindən təqdir edildiyini vurğulayıb.

R. Rumzadə qeyd edib ki, bu, ölkə başçısının öz vətəndaşlarına olan diqqət və inamının ifadəsidir: “Davamlı xarakter daşıyan bu humanist yanaşma nəticəsində insanların əfv olunması, onların özləri, ailələri və yaxınları ilə yanaşı milyonlarla insana sevinc bəxş edir. Qarşıda duran mühüm vəzifə isə vətəndaş-dövlət həmrəyliyini qorumaq, göstərilən etimadı doğrultmaq, cəmiyyət həyatında fəal iştirak etmək və hüquqpozmalardan uzaq durmaqdır”.

R. Rumzadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı bu əfv sərəncamı əsasında ombudsman Elmira Süleymanovanın təklif etdiyi siyahıdan 54 nəfər, ötən illər ərzində isə ümumilikdə 692 nəfər öz azadlığına qovuşub: “Ombudsman təsisatı olaraq biz də bu sevinci yaşayır və ölkə başçısına daim insan hüquqlarına verdiyi dəyərə və humanist yanaşmalarına görə dərin təşəkkürümüzü bildiririk”.




Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər