Qadın seçki məntəqəsində uşaq doğdu
Tarix: 31-03-2019 18:42 | Bölmə: Cəmiyyət
Qadın seçki məntəqəsində uşaq doğdu

Kiyev sakini Podole doğum evində yerləşən seçki məntəqələrinin birində uşaq dünyaya gətirib.

Reyting.az Ukrayna mediasına istinadla xəbər verir ki, yeni dünyaya gələn qız uşağıdır.

Qadın doğuşdan əvvəl səsvermə hüququndan da istifadə edə bilib.

Körpənin vəziyyəti haqda hələ ki məlumat verilmir.

Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkiləri keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər