20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət İmtahan Mərkəzi hərbiyə çağırış yaşı çatmayan gənci qəbul imtahanına buraxmır
Tarix: 01-04-2019 14:26 | Bölmə: Cəmiyyət
Dövlət İmtahan Mərkəzi hərbiyə çağırış yaşı çatmayan gənci qəbul imtahanına buraxmır

Həsən Anar oğlu İsmayılov ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak etməklə bağlı ciddi problemlə üzləşib.

Reyting.az-a atasının verdiyi məlumata görə, qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent oğlu Dövlət İmtahan Mərkəzində qeydiyyata düşə bilmir.

O, bildirir ki, buna səbəb kimi Həsənin orduda xidmət üçün çağırış yaşında olması göstərilir. Anar İsmayılovun dediyinə görə, oğlunun 18 yaşı iyun ayının 14-də tamam olur. Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi isə aprel-may aylarında keçirilir.

Dövlət İmtahan Komissiyası Həsənin qəbul imtahanlarının birinci iştirakı üçün qeydiyyatda olduğu ərazinin hərbi çağırış məntəqəsindən möhlət hüququnu nəzərdə tutan sənəd gətirilməsini tələb edirlər.

Anar İsmayılov bu məqsədlə Sumqayıt şəhər hərbi çağırış məntəqəsinə də müraciət edib. Burada ona deyiblər ki, çağırış yaşı olan abituriyentə möhlət hüququ nu nəzərdə tutulan sənəd həmin şəxsin xəstəliyi, yaxud əlilliyi olduğu təqdirdə verilə bilər.

Anar İsmayılov Dövlət İmtahan Mərkəzinin tələbinin qanunsuz olduğunu iddia edir. Onun sözlərinə görə, bu gün Sumqayıt hərbi çağırış məntəqəsində də ona Dövlət İmtahan Mərkəzinin oğlu ilə bağlı tələbinin qanunsuz olduğunu bildiriblər.

18 yaşı iyunun ayının 14-də tamam olacaq Həsən İbrahimovun qəbul imtahanlarının birinci mərhələsində iştirakına Dövlət İmtahan Mərkəzində qanunsuz problem yaradılmasının səbəbi nədir?

Reyting.az adıçəkilən mərkəzdən bununla bağlı açıqlama veriləcəyinə ümid edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər