20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Hüseyn Abdullayevin məhkəməsi başladı
Tarix: 02-04-2019 16:24 | Bölmə: Cəmiyyət
Hüseyn Abdullayevin məhkəməsi başladı

Aprelin 2-də Bakı Hərbi Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Reyting.az bildirir ki, prosesdə Dövlət Sərhəd Xidmətinin keçmiş əməkdaşları, iş üzrə təqsirləndirilən Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımovun vəkilləri vəsatət qaldıraraq, onların barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatətləri təmin edib və hər üç şəxs ev dustaqlığına buraxılıb.

Məhkəmə baxışı aprelin 9-na təyin edilib.

Cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb.

Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.

Təqsirləndirilən Hüseyn Abdullayev 2018-ci il aprelin 22-də Türkiyə ərazisində tutularaq Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər