20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Azərbaycan Diasporuna Dəstək Fondu təqdim olunub - Fotolar
Tarix: 04-04-2019 21:15 | Bölmə: Cəmiyyət

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstana növbəti səfəri zamanı Marneuli və Dmanisi rayonlarında bir sıra mühüm görüşlər keçirib, tədbir və təqdimat mərasimləri olub.
Komitədən Reyting.az-a bildiriblər ki, Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirləri Dursun Həsənov və Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili və digər dövlət rəsmiləri, yerli ziyalılar, ictimai fəallar iştirak ediblər.
Dövlət Komitəsinin sədri F. Muradov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, iki dövlət arasındakı dostluğun sarsılmaz olduğunu və münasibətlərin daha da möhkəmləndirildiyini diqqətə çatdırıb.
F. Muradov xatırladıb ki, Marneulidə açılan inteqrasiya mərkəzi ilə bağlı təklifi ötən il yerli gənclər irəli sürmüşdülər: "Mərkəzin açılması olduqca vacib layihədir və ümid edirəm ki, bu məkan yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllinə dəstək olacaq”.
Ş. Rexviaşvili Marneulidə inteqrasiya mərkəzinin açılmasını mühüm hadisə adlandırıb və qeyd edib ki, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların inteqrasiyasına böyük diqqət ayırır:
"Gürcüstan və Azərbaycan xalqları tarixən dostluq və qardaşlıq şəraitində yaşayıblar. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri sabit inkişaf edir və Gürcüstan dövləti Azərbaycanla mövcud münasibətlərin möhkəmləndirilməsini dəstəkləyir”.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icraçı direktoru Aygül İsayeva bildirib ki, "Mərkəzdə Azərbaycan, gürcü və ingilis dili, Azərbaycan və Gürcüstan tarixi tədris olunacaq, idman dərnəkləri fəaliyyət göstərəcək”.
Rəsmi açılış mərasimindən sonra qonaqlar GAİM-də yaradılmış şəraitlə tanış olublar.
Tədbirdən sonra jurnalistlərə açıqlamasında F. Muradov bildirib ki, Azərbaycan gələcəkdə də Gürcüstanda inteqrasiya mərkəzlərinin fəaliyyətinə dəstək göstərəcək. O, qeyd edib ki, Marneulidə açılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində artıq 300-ə yaxın gənc qeydiyyatdan keçib: "Mərkəzdə 9 istiqamət üzrə kurslar keçiriləcək. Gürcüstanın azərbaycanlı gəncləri bilikli və savadlı olsalar, ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynaya bilərlər”.
Dövlət Komitəsinin sədri deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar dövlətçiliyə sadiq, zəhmətkeş və vətənpərvərdirlər: "Azərbaycan və Gürcüstan birgə səylərlə Gürcüstan azərbaycanlılarının inteqrasiyası sahəsində böyük nəticələrə nail ola bilər”.
Bununla yanaşı Komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Dmanisidə də olub, bir sıra maraqlı görüşlər keçiriblər.
Heydər Əliyev Fondunun dəstəyilə inşa olunmuş Dmanisi tədris mərkəzinin fəaliyyəti ilə tanış olan Dövlət Komitəsinin sədri burada yerli icma nümayəndələri ilə görüşüb. Tədbirdə Dmanisi rayonunun meri Giorgi Tatuaşvili, Kvemo Kartli qubernatorunun müavini Kaxa Koberidze, Dmanisi bələdiyyəsindən Gürcüstan Parlamentinin deputatı Kaxaber Okriaşvili, Dmanisi rayon merinin müavini Arif Suleymanov, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirliyinin şöbə müdiri Zviad Zviadadze, Xarici İşlər Nazirliyinin nümayəndəsi Tamar Tevdoradze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Fuad Muradov bildirib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verib.
Komitə sədri qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı ilə birgə əməkdaşlıq planları hazırlanır və gələcəkdə həmin layihələr həyata keçiriləcək.
F. Muradov rəhbərlik etdiyi qurumun son zamanlar gördüyü işlər barədə də ətraflı məlumat verib. O, qeyd edib ki, Gürcüstana əvvəlki səfəri zamanı burada yaşayan soydaşlarımızın təhsil və sosial sahələrdə olan problemlərilə tanış olub, hazırda onların həlli üçün lazım olan bütün addımlar atılır.
Komitə sədri bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycanın ali məktəblərində xüsusi kvota ayrılacaq və kvota üzrə universitetlərə qəbul olunacaq tələbələr ödənişsiz təhsil alacaqlar:
"Kvotanın ayrılması ilə bağlı Azərbaycan hökumətinə müraciət olunub və Nazirlər Kabineti bu məsələni dəstəkləyib”.
O, qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq "Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanır və dərsliyin yaxın zamanlarda təqdimatı keçiriləcək. Gürcüstan azərbaycanlıları bu dərslikdən istəsələr, onlar üçün də həmin dərsliklər göndəriləcək”.
Dmanisi Tədris Mərkəzinin rəhbəri Diana Qaralova bildirib ki, hazırda orada 173 şagird təhsil alır. O, mərkəzin fəaliyyətinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Dmanisi rayon rəhbərliyinə və SOCAR-ın Gürcüstan Nümayəndəliyinə təşəkkürünü bildirib.
Gürcüstan parlamentinin deputatı Kaxa Okriaşvili bu ölkədə yaşayan insanların bərabərhüquqlu olduqlarını, azərbaycanlıların dostluq və qardaşlıq mühitində, dini və milli ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını qeyd edib. Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Tamar Tevdoradze ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini, bu cür görüşlərin əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə icma nümayəndələri ilə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin adından Dmanisinin 1 saylı məktəbinə və Pantiani (Armudlu) kənd məktəbinə 2 noutbuk hədiyyə edilib. Komitə sədri Fuad Muradov noutbukları direktorlar İnqa Abuladzeyə və Mövlud Məmmədova təqdim edib.
Azərbaycan nümayəndə heyətinin daha bir səmərəli görüşü Gürcüstanın Azərbaycanlı Əlilllər Assosiasiyasının üzvlərilə baş tutub.
Tədbirdə Assosiasiyanın sədri Rövşən Əliyev, 12 fiziki problemi olan soydaşımız, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili iştirak ediblər.
F. Muradov Assosiasiyaya Heydər Əliyev Fondunun hədiyyəsi olan 20 əlil arabasını təqdim edib.
Gürcüstanda keçirilən görüşlər sırasında "SOCAR Energy Georgia” MMC-nin kollektivi ilə olan görüş də ciddi əhəmiyyətə malikdi.
Görüşdə "SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov çıxış edərək, iki qonşu ölkə arasında əlaqələrin möhkəmliyindən danışıb və Gürcüstanda yaşayan azərbaycanlılarla daim sıx əlaqədə olduqlarını bildirib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F. Muradov kollektivi salamlayıb, onların Gürcüstanda yaşayan azərbaycanlılara hər zaman qayğı göstərdiklərini qeyd edib.
Komitə rəhbərliyi "SOCAR Energy Georgia” MMC-nin kollektivinə bu ölkədə yaşayan azərbaycanlılara göstərdikləri dəstəyə görə təşəkkür plaketi təqdim edib.
Komitə sədrinin Gürcüstana səfəri zamanı Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı da olub. Təqdimatda Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri iştirak edib. Komitə sədri Fuad Muradov giriş sözü ilə çıxış edib, Fondun yaranma məqsədi və fəaliyyət imkanları barədə danışıb. Fondun icraçı direktoru Elşad Əliyev fond haqqında ətraflı məlumat verib. O, bildirib ki, diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində fond əhəmiyyətli rol oynayacaq. Fondun icraçı direktoru Elşad Əliyev və Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstan və Türkdilli Dövlətlərlə İş üzrə şöbəsinin müdiri Anar Rəsulov həmyerlilərimizin Fondla bağlı suallarını cavablandırıblar.

Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
Bu gün, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Bu gün, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Bu gün, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Bu gün, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Bu gün, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Bu gün, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
Bu gün, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
Dünən, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
Dünən, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
Dünən, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
Dünən, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Dünən, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
Dünən, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
27-01-2026, 14:23
"Quş qripi"nə qarşı növbəti monitorinqlər keçiriləcək

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər