20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Hesabından 10 milyon dollar çıxardı, pula baxdı və geri qaytardı
Tarix: 10-04-2019 00:05 | Bölmə: Cəmiyyət
Hesabından 10 milyon dollar çıxardı, pula baxdı və geri qaytardı

Nigeriyalı milyarder Aliko Danqote bir dəfə hesabından iri məbləğdə vəsait çıxardıb ki, varlı olduğunu öz-özünə sübut etsin.

Reyting.az xarici mediaya istinadən bildirir ki, Danqotenin sözlərinə görə, varidatı 12-13 milyard dolları keçəndə fikirləşib ki, bu yalnız kağızda yazılan rəqəmdir. Ondan sonra afrikalı banka gedib və hesabındakı pulun bir hissəsini çıxarıb.

“Mən pulu maşının yük yerinə qoydum, evə gəldim, açıb 10 milyon dollara baxıb dedim: “Yaxşı, mən indi inandım ki, mənim pulum var”, - Danqote söyləyib.

O, əlavə edib ki, növbəti gün bütün pulu banka qaytarıb.

Danqote 2017-ci ilin avqust ayında Londonun “Arsenal” klubunu almaq və baş məşqçi Arsen Venqeri işdən çıxarmaq istəyini açıqlamışdı. O, şübhə etmirdi ki, klubun digər səhmdarları – amerikalı Sten Kronke (səhmlərin 67 faizinə sahibdir) və rusiyalı Alişer Usmanovla (30 faiz) razılığa gələcək. Danışıqlar uğursuz nəticələnsə də, milyarder niyyətindən vaz keçməyib.

Danqote Afrikanın ən varlı adamıdır. 2019-cu ilin mart ayındakı məlumata görə, onun varidatı 10,6 milyard dollardır. O, Nigeriyanın xalq istehlakı mallarının böyük hissəsinin satışı ilə məşğul olan "Group" şirkətinin sahibidir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər