20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycan əsilli keçmiş məmur Ukrayna hökumətini məhkəməyə verdi - Səbəb
Tarix: 10-04-2019 14:57 | Bölmə: Cəmiyyət
Azərbaycan əsilli keçmiş məmur Ukrayna hökumətini məhkəməyə verdi

Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri Roman Nəsirov bu ölkənin Nazirlər Kabinetini məhkəməyə verib.

Reyting.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Kiyev şəhər Dairə adminstrasiya məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

“Roman Nəsirov öz iddiasında məhkəmədən “Ukrayna Dövlər gömrük xidməti sədrinin vakant vəzifəsi üçün müsabiqə elan olunması barədə” və Ukrayna Dövlət vergi xidmətinin sədri vakant vəzifəsini turmaq üçün müsabiqə elan olunması barədə” Nazirlər Kabinetinin sərəncamının qanunlara zidd və etibarsız hesab edilməsini tələb edir”, - xəbərdə vurğulanır.

Xatırladaq ki, Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş azərbaycanlı rəhbəri Roman Nəsirov 2017-ci ilin mart ayında 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək həbs olunub. Sonradan girov müqabilində barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər