NASA başqa planetdə yeni rekorda imza atıb
Tarix: 22-12-2025 19:34 | Bölmə: Cəmiyyət

NASA başqa planetdə yeni rekorda imza atıb

"Perseverance Mars" roveri başqa bir planetdə qət edilən məsafə üzrə yeni rekorda yaxınlaşır.

Reyting.az xəbər verir ki, NASA-nın məlumatına görə, özüyeriyən kosmik səyyar kəşfiyyat aparatı indiyədək təxminən 40 kilometr yol gedib. Bununla da cihaz özündən əvvəl 45,16 kilometrlik məsafə qət etmiş "Opportunity" Mars gəmisinin rekordunu geridə qoymağa hazırlaşır.

Mütəxəssislər bildiriblər ki, texniki imkanlar onun 2031-ci ilə qədər Marsda işləməsinə şərait yaradır və hazırda "Jezero" kraterində Yerə göndərilmək üçün 10 möhürlənmiş nümunə təkəsi saxlanılır. Özüyeriyən cihaz kraterdən çıxdıqdan sonra 100 kilometrə qədər məsafəni dolanacaq və daha sonra isə olivinlə zəngin əraziləri tədqiq edəcək.

Nümunə toplama missiyasının 2028-ci ilə qədər tamamlanması planlaşdırılır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər