12:06 / 03-02-2026
Tehranda bazar yanır
Otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib
Tarix: 03-02-2026 15:36 | Bölmə: Slayd

Otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib

Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib.

Reyting.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavabda AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.

Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.





Bölməyə aid digər xəbərlər