Səhralarda sirli mikrotunellər tapılıb - Foto
Tarix: 12-02-2026 10:20 | Bölmə: Cəmiyyət

Səhralarda sirli mikrotunellər tapılıb

Namibiyada, Omanda və Səudiyyə Ərəbistanının səhralarında qədim mərmər daşları olan və əhəngdaşı süxurlarının içində yerləşən, mənşəyi tamamilə təbii proseslərə bənzəməyən sirli mikrotunellər aşkar edilib.

Reyting.az-ın məlumatına görə, tədqiqatçılar bildiriblər ki, demək olar, tamamilə səthdən görünməyən bu dar tunelləri yalnız cilalanmış kəsiklər vasitəsilə müşahidə etmək mümkündür.

Almaniyanın Mayns şəhərindəki Yohannes Qutenberq Universiteti əməkdaşlarının fikrincə, kəşf edilən bu tunellərin karbonat süxurlarını metabolizə edən və indiyədək formalaşdırıb qoruyan naməlum endolitik mikroorqanizmlərdir.

Tədqiqatçılar vurğulayıblar ki, diametri 1 millimetrdən az olan tunellərin dərinliyi bir neçə santimetrə çatır.

Keçirilən kimyəvi və izotop analizlər bu tunellərin bioloji mənşəli olması ilə bağlı ehtimalları daha da gücləndirir. Yohannes Qutenberq Universitetinin tədqiqat qrupu strukturlara rəsmi təsnifat verməyə tələsmədiklərini, eyni zamanda bununla bağlı əlavə elmi araşdırmalara çox ehtiyac olduğunu qeyd ediblər.

Müqayisə üçün tədqiqatçılar bundan əvvəl ABŞ-nın Nyu-Meksiko ştatındakı Bandera vulkanının buz mağarasının araşdırmaları ilə də maraqlanıblar.

Xatırladaq ki, ABŞ ərazisindəki bir səhrada yerləşən bu mağarada temperatur 3 min ildən çoxdur sıfırdan aşağı dərəcədə qalır və buz qatının qalınlığı 6 metrə çatır. Yerli və xarici bəzi elm adamları ehtimal edirlər ki, Bandera adlı bu mağarada yer mənşəyi olmayan süxurlar və ya təbii olmayan digər maddələr mövcuddur.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər