Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 13-02-2026 13:28 | Bölmə: Cəmiyyət

2025-ci ilin yayında Meksikanın şimal-qərbindəki Çiapas əyalətində yerləşən El Xixonda qeydə alınan seysmik aktivlik 1982-ci ildə minlərlə insanın ölümünə səbəb olan fəlakəti yenidən gündəmə gətirib və bölgədə mümkün püskürmə ilə bağlı narahatlıqları artırıb.
Reyting.az xatırladır ki, 1982-ci ildə El Xixon vulkanının “sivilizasiyaların sonu” kimi təsvir edilən şiddətli püskürməsi təxminən 2000 insanın həyatına son qoyub, çoxsaylı yaşayış məntəqələrini tamamilə məhv edib və on minlərlə insanı didərgin salıb.
Səkkiz kilometrlik əraziyə yayılan lava 40 santimetrə çatan kül təbəqəsi yaradıb, kənd təsərrüfatı sahələrinə və heyvandarlığa ciddi ziyan vurub. Eyni zamanda püskürmə təxminən bir kilometr enində krater yaradıb və turşulu bir göl əmələ gətirib.
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) püskürmə zamanı stratosferə çoxlu miqdarda materialın çatdığını və bunun qlobal temperaturun təxminən 0,5 dərəcə Selsi azalmasına səbəb olduğunu açıqlamışdı.
Vulkanı izləyən alimlər 2025-ci ilin iyun-avqust ayları arasında seysmik aktivliyin artdığını aşkar ediblər. Aktivlik başqa bir püskürmə ehtimalını da artırır. Belə püskürmələr 20-30 kilometr hündürlüyə çata bilən qaz və kül sütunları ilə xarakterizə olunur.
Digər tərəfdən, yerin qeyri-sabitliyi, yüksək temperatur, başgicəllənmə və tənəffüs problemləri yarada biləcək güclü qaz emissiyaları kraterin içinə enişi çətinləşdirir.
Geologiya, seysmologiya, geokimya və geodeziya sahələrindən olan mütəxəssislər bölgədə araşdırmalar aparırlar.
Mütəxəssislər bu mərhələdə təzə maqmanın səthə qalxdığına dair heç bir dəlil olmadığını və 1982-ci ildəki kimi böyük miqyaslı püskürmə ehtimalının aşağı olduğunu bildirirlər.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək