Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 13-02-2026 12:56 | Bölmə: Slayd

“Hər bir dövlət üçün iki cür təhlükə var. Biri xarici təhlükədir ki, adətən dövlət bunu daha tez görə və ona qarşı tədbirlər həyata keçirməklə sığortalana bilir. Digəri daxili təhlükədir, xəyanət şəbəkəsidir ki, bunu müəyyən etmək asan məsələ deyil. Xüsusilə, əgər söhbət Ramiz Mehdiyev kimi hiyləgər bir şəxsdən və onun qurduğu böyük şəbəkədən gedirsə. Bu baxımdan hesab edirəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin son 5-6 ildə gördüyü işlər yüksək qiymətləndilməlidir. Bu qurum Eldar Mahmudov dövründəkindən fərqli olaraq daxili təhlükələri vaxtında aşkar edir və anti-dövlət mövqeyində olan, xarici qüvvələrin əlaltılarını dərhal ifşa edə bilir. Bu, böyük diqqət və alqışa layiqdir. Mehdiyev şəbəkəsi isə ən ciddi və böyük şəbəkələrdən biri idi ki, onu da ifşa etdilər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev ötən gün “Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatdan danışarkən deyib.
Cümşüd Nuriyev qeyd edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və AXCP sədri Əli Kərimli son dərəcə hiyləgər şəxslərdir: “Onları ifşa etmək asan məsələ deyildi, amma buna nail olundu. Təsəvvür edin, Azərbaycan hansı günə qalır ki, anti-milli şəbəkənin planına görə, Kərimli prezident olur, daha sonra Azərbaycan addım-addım Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına doğru gedir. Mehdiyev üçün bu anlaşılandır, çünki bağlı olduğu ölkəyə xidmət edir. Bəs digərləri? Hansı ki, Azərbaycan dövlətinin suverenliyindən, müstəqilliyindən danışırdılar”.
C. Nuriyev iddia edir ki, R. Mehdiyevin heç zaman millət və türkçülük barədə müsbət fikri olmayıb: “O, mənsub olduğu xalqın siyasətini aparıb. Ermənilər işğal dövründə 7 rayonumuzu dağıtdı, amma Mehdiyev bu illər ərzində 70 rayonumuzu pis günə qoydu. Onun qorxulu şəbəkəsi var idi, əmin idi ki, heç vaxt ifşa edilməyəcək. Şəbəkəsində həm vəzifədə olanlar, həm pullu insanlar, həm də müxalifətçilər təmsil olunurdu. Bu isə dövlət çevrilişi etmək üçün böyük qüvvədir. Odur ki, DTX-nın belə peşəkar əməliyyat həyata keçirməsi təqdirəlayiqdir”.
Professorun fikrincə, faktiki olaraq Mehdiyevin Azərbaycan dövlətinə qarşı olan şəbəkəsi ifşa edilib:
“Mehdiyevin hər yerdə adamları var və hesab edirəm ki, onlara qarşı da tədbir görülməlidir”.
Nuriyev iddia edir ki, Mehdiyevin 60-a yaxın siyasi qətldə əli var. O, buna misal kimi sabiq nazir Sirus Təbrizlinin adını çəkib. Nuriyev iddia edir ki, Mehdiyevin hərəkət və davranışları səbəbindən onlarla siyasətçi və ziyalının ürəyi partlayıb: “Əli İnsanovun da həbsinin səbəbkarı Ramiz Mehdiyev olduğu çoxlarına məlumdur”.
C. Nuriyev sonda bir məsələni də xatırladıb: “Əli Həsənov (Prezidentin keçmiş köməkçisini nəzərdə tutur-red.) bizə Mətbuat Şurası və ya digər vasitələrlə müəyyən informasiyalar ötürürdü və biz də bunu mətbuatda qaldırırdıq. Sonra həmin matrial əsasında Mehdiyev prezidentə məruzə edirdi ki, bunlar müxalifətçidir, bizə qarşıdır və s. Beləcə, Mehdiyev çoxlarını 30 il doladı. O vəzifədən getdikdən sonra isə Qarabağı azad etdik. Belə çıxır ki, o, bunu istəməyib. Elə onun şəbəkəsinin üzvü olan müxalifət də savaş zamanı daha çox Paşinyanı qabardırdı, halbuki bizim ordumuz böyük zəfərlər əldə edir, diplomatik sahədə isə böyük bir proses aparılırdı. Şükürlər olsun ki, bu anti-milli qüvvələrin qarşısı alındı”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək