Ən mavi və təmiz suyun yeri müəyyənləşib
Tarix: 09-02-2026 07:54 | Bölmə: Xəbərlər / Cəmiyyət

Ən mavi və təmiz suyun yeri müəyyənləşib

Tədqiqatçıların apardığı araşdırmalar göstərib ki, dünyanın ən şəffaf şirin suyu Yeni Zelandiyadakı Blue Lake gölündədir. Bu göldə tamamilə aydın şəkildə müşahidə edilən sualtı görüntünün dərinliyi 80 metrə çatır.

Reyting.az xəbər verir ki, alimlərin fikrincə, belə bir göstərici ancaq dənizlərin arasında rekord şəffaflıq dərəcəsində qeydə alınmış Antarktida sahillərində, Ueddell dənizində, 79 metr dərinlikdə qeydə alınıb.

Lakin "IFL Science" nəşri yazır ki, NASA-nın peyk məlumatları tam fərqli faktlar ortaya qoyub. NASA peykinin əldə etdiyi görüntülərə əsasən ən geniş və ən mavi, saf sular Cənubi Sakit okeandakı dövran ərazisindədir. Mütəxəssislər qeyd ediblər ki, dünyaca məşhur kurortlar çox gözəl, həmçinin mavi və təmiz görünsə də, əslində, elmi araşdırmaların nəticələrinə görə, istirahət mərkəzinin suları sözügedən bölgələrdən qat-qat geridədir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər