Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 13-02-2026 17:38 | Bölmə: Dünya

Fransada son illər doğum nisbəti sürətlə azalır. Fransa Milli Assambleyasının tərkibindəki xüsusi komissiya 11 fevral 2026-cı ildə əhali artımının kəskin azalmasına qarşı diqqətəlayiq təklif təqdim edib.
Reyting.az xəbər verir ki, Fransanın mövcud ailə müavinəti sistemi artıq öz məqsədinə xidmət etmir və əhali artımının azalmasını dayandıra bilmir. Bu səbdən köklü bir dəyişiklik təklif olunur: “Versement Familial Unique-VFU”.
Təklif olunan yeni sistem, ilk uşaqdan başlayaraq, gəlirindən, uşaq sayından və ya yaşından asılı olmayaraq hər ailəyə aylıq 250 avro ödəniş etməyi nəzərdə tutur. Bundan əlavə, ailələrə faizsiz mənzil kreditləri kimi müxtəlif maliyyə üstünlüklərinin verilməsi də planlaşdırılır.
Hesabatda, xüsusən də aşağı və orta gəlirli ailələrin artan yaşayış xərcləri səbəbindən uşaq sahibi olmaq qərarını təxirə saldığı vurğulanır. Yeni model iqtisadi narahatlıqları azaltmağı və doğum nisbətlərinin bərpasını stimullaşdırmağı hədəfləyir.
İslahat mövcud klassik ailə müavinətlərini, dövlət işçilərinə verilən ailə əlavəsini və mənzil müavinətlərindən biri olan ALF-ni vahid sistem altında bir araya gətirməyi hədəfləyir. Beləliklə, hər kəs üçün daha sadə və ədalətli bir struktur yaratmaq planlaşdırılır.
Hələlik məcburi qərar olmayan hesabat parlamentə təqdim edilib. Ekspertlər isə hesab edirlər ki, bu iş hökumətin yaxın aylarda konkret addımlar ata biləcəyinə dair güclü bir göstəricidir.
Fransada demoqrafik azalmaya qarşı atılacaq addımların təkcə sosial siyasətə deyil, həm də ölkənin uzunmüddətli iqtisadi və sosial gələcəyinə birbaşa təsir edəcəyi gözlənilir.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək