Rusiyalı iş adamı Putini hədəf seçib
Tarix: 13-02-2026 17:51 | Bölmə: Dünya

Rusiyalı iş adamı Putini hədəf seçib

"Putin iblisdir və ona ancaq bir məsələdə kömək etmək lazımdır - özünü eyvandan atmağa".

Reyting.az xəbər verir ki, bunu xaricdə fəaliyyət göstərən "Ethereum" kripto şirkətinin sahibi, rusiyalı iş adamı Vitalik Buter "Meduza" nəşrinə açıqlamasında Rusiya prezidenti Vladimnir Putin haqqında deyib.

Rusiya liderinin ünvanına sərt ifadələr işlədən Buter Ukraynanı dəstəkləməsinin səbəblərini izah edib.

Biznesmenin fikrincə, Putin Rusiyasının Ukrayna dövlətinə qarşı işğalçı müharibəsi açıq-aşkar cinayətkar təcavüzdür.

Buterin sözlərinə görə, Rusiyada müxalifət dalana dirənib, ölkəni tərk edənlər əsasən ianələrlə fəaliyyət göstərirlər.

İş adamı qeyd edib ki, NATO-nun genişlənməsi Rusiyanın əvvəlki müharibələri səbəbindən baş verib: “Buna görə də, 2022-ci ildə baş vermiş Rusiya işğalına haqq qazandırmaq mümkün deyil”.

Mühacir iş adamı vurğulayıb ki, V. Putin Donbası qorumaq bəhanəsi ilə Ukraynanın bütün ərazilərinə hücum edib. Həm də Rusiyanın ordusu bilərəkdən humanitar obyektləri də hədəf alır, amma Ukrayna Silahlı Qüvvələri mülki şəxsləri deyil, hərbi təyinatlı olan infrastrukturları vurur.

Buter dayanıqlı sülhün Putinlə deyil, Rusiya cəmiyyəti ilə qurulmalı olduğunu deyib. Onun sözlərinə görə, əgər belə bir addım atılarsa, çox yaxın gələcəkdə təhlükəsizliyin təminatçısı olacaq əsas ölkə kimi Rusiyanın digər ölkə üçün təhlükə yaratmaması ilə bağlı etibarlı öhdəlik təminatı ortaya çıxa bilər. İş adamı əlavə edib ki, indiki reallıqda Putin Rusiyası işğalçıdır və təzyiqlər, müqavimət olsa da, bu ölkə müharibəyə davam edir.

V. Buter qısamüddətli perspektivdə bu müharibədə öz qəhrəmanlıq mübarizəsini aparan Ukraynanın atəşkəs müqaviləsinə nail olması üçün daha çox dəstəyə ehtiyac olduğunu bildirib.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər