Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Tarix: 13-02-2026 13:04 | Bölmə: Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidməti fevralın 14-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Reyting.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir ki, Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək:

"Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək".





Bölməyə aid digər xəbərlər