Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 14-02-2026 09:03 | Bölmə: Mədəniyyət / Xəbərlər

Amerikalı yazıçı Koral Hart süni intellektdən istifadə etməklə bir il ərzində 200 roman yazıb.
Reyting.az “New York Times” qəzetinə istinadla xəbər verir ki, Koral Hart ötən ilin fevral ayında bu istiqamətdə eksperimentə başlamaq qərarına gəlib.
Yazıçı müəllif kimi təqdim etdiyi ideyalar əsasında süjet xətləri formalaşdıraraq, əsasən sevgi romanlarını daha sürətli yazmaq üçün süni intellekt proqramlarından geniş şəkildə istifadə edib. Hart oxucularından süni intellektdən yararlandığını gizlətmək niyyətində olmadığını bildirib və etiraf edib ki, bu üsulla bir il ərzində 200-dən çox kitab nəşr etdirməyə nail olub.
Onun sözlərinə görə, bəzi romanların yazılmasını tamamilə süni intellektə həvalə edib və bu proses təxminən 45 dəqiqə çəkib.
Qeyd olunur ki, ötən ilin may ayında ilk dəfə BookBub platformasının təşəbbüsü ilə keçirilən sorğunun nəticələrinə əsasən, 1200 yazıçının 45 faizi yazı prosesində süni intellektdən istifadə etdiyini bildirib.
Hart deyib ki, o, süni intellektin kitab yazmasının fəal tərəfdarıdır və hesab edir ki, xüsusilə romantik janrda bu texnologiyanın imkanlarından imtina edən müəlliflər zamanla geridə qalacaqlar. Yazıçı əlavə edib ki, yazmaq istəyən hər kəs onunla əlaqə saxlaya bilər, çünki o, müəlliflər üçün təşkil etdiyi kouçinq kurslarında məhz bu üsulları öyrədir.
Bununla belə, bir çox oxucu hələ də süni intellektlə yazılmış əsərlərə ehtiyatla və ya qeyri-ciddi yanaşır. Elə bu səbəbdən də 2025-ci ilin may ayında Harta qarşı açıq etirazlar baş qaldırmış, süni intellektlə iki roman yazdığı üçün o, oxucuların sərt tənqidinə məruz qalmışdı.
“New York Times” qəzetinin ekspertləri bildiriblər ki, ədəbiyyat sahəsində mövcud olan bu texnoloji problem göründüyündən daha mürəkkəbdir. Mütəxəssislərin fikrincə, bir çox hallarda əsərlərin süni intellektin köməyi ilə yazılıb-yazılmadığını dəqiq müəyyənləşdirmək demək olar ki, mümkün deyil.
Nəşrin ekspertləri sonda qeyd ediblər ki, süni intellektlə yazılan, müəllif tərəfindən inkar edilən və sübutu mümkünsüz görünən, oxucunu asanlıqla çaşdıra bilən bədii kitabların gələcəkdə daha da artacağı istisna edilmir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər














Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək