Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 11-02-2026 10:26 | Bölmə: Slayd

Ölkəmizdə yas mərasimləri zamanı həddindən artıq xərc tələb edən ehsan süfrələrinin açılmasının qarşısını almaq və israfçılığa son qoymaq məqsədilə müxtəlif təşəbbüslər irəli sürülür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə qazisi, “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov da belə bir təşəbbüslə çıxış edib.
Din xadimi Reyting.az-a açıqlamasında təşəbbüsü ilə bağlı yaranmış bəzi suallara aydınlıq gətirib. Hacı Tahir Abbasov deyib ki, bununla bağlı ona zəng vurub həmrəy olduqlarını bildirənlərin sayı artmaqdadır.
Hacı Tahir Abbasov diqqətə çatdırıb ki, yas mərasimləri mərhumun xatirəsinin yad edilməsi və ailəyə mənəvi dəstəyin göstərilməsi üçündür. Lakin bəzən bu mərasimlərdə artıq xərc tələb edən süfrələr açılır və insanlar əlavə maliyyə yükü ilə üzləşmək məcburiyyətində qalırlar. O, əlavə edib ki, yüksək xərc tələb edən süfrələrin açılması və israfçılığa yol verilməsi dinimizin mahiyyətinə uyğun deyil, eyni zamanda ailələri əlavə çətinliklərlə üzləşdirir.
Onun sözlərinə görə, QMİ-nin Qazılar Şurası da dəfələrlə israfçılığa qarşı tövsiyələr verib. Bu çağırışlar həm dini baxımdan məqbul, həm də sosial cəhətdən vacibdir. Sadə yas süfrəsi isə ailələrin yükünü azaldar, cəmiyyətdə sosial həmrəyliyi gücləndirər.
Hacı Tahir Abbasov daha sonra əlavə edib:
“Bəzi insanlar ehsanın mərasim evlərinə keçirilməsini və çadır məclislərinin ləğvini təklif edirlər. Lakin bu da doğru yanaşma deyil. Problem məkanla bağlı deyil, israfçılıqla əlaqəlidir. Əgər israf varsa, bu, həm çadırda, həm də mərasim evində ola bilər. Əsas prinsip odur ki, qaydalar hamı üçün və hər yerdə eyni olsun - istər imkanlı, istərsə də aztəminatlı ailə olsun, istər çadır, istərsə də mərasim evi, fərq etməz. Hamını israfçılığa son qoymağa çağırıram!
Yas və toy mərasimlərində israfçılığın qarşısını almaq yalnız din xadimlərinin işi deyil. Yerli icra hakimiyyətləri, hüquq-mühafizə orqanları, mərasim evlərinin sahibləri, sahibkarlar və sadə insanlar da bu təşəbbüsə dəstək verməlidirlər.
Toy sevinc, yas isə ehtiram və dua məqamıdır. Hər iki halda israfçılıq yolverilməzdir”.
Din xadimi toy mərasimlərində də israfçılığın həddindən artıq olduğunu bildirib: “Toy adət-ənənələrimiz belə israfçılıqların kölgəsində itib-batır, unudulur. Biz belə hallara qarşı birləşsək, qaydalar hamı üçün eyni olsa, həm ailələr rahatlıq tapar, həm də cəmiyyət sağlamlaşar. Sadəlik zəiflik deyil, mənəvi gücdür və milli-dini dəyərlərimizin qoruyucusudur.
İsrafçılığa son qoymaq həm də ictimai məsuliyyət və sosial həssaslığın nümunəsidir. Sadəlik və mənəvi həmrəylik ideyalarının təşviqi cəmiyyətdə sağlam düşüncənin formalaşmasına və ailələrin maddi yükünün azalmasına mühüm töhfə verə bilər”.
Hacı Tahir Abbasov sonda hamını xoşməramlı təşəbbüsünə dəstək verməyə, insanlarımızı əlavə problemlərdən xilas etməyə çağırıb.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək