Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
Tarix: 13-02-2026 08:29 | Bölmə: Xəbərlər

Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır

Qazaxıstanın yeni Əsas qanunu ölkənin ədalətə, sabitliyə və harmonik inkişafa olan ümumi ümidini əks etdirəcək.

Reyting.az “Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, bu barədə Konstitusiya Komissiyasının rəhbəri Elvira Zakirova danışıb.

O, qəbul ediləcək yeni Konstitusiyanın, sadəcə, mətn deyil, Qazaxıstan üçün yeni addım olduğunu bildirib.

Qeyd edək ki, Qazaxıstan prezidenti 2026-cı il martın 15-də Qazaxıstan Respublikasının yeni Konstitusiyasının layihəsi üzrə ümumxalq səsverməsinin keçirilməsi haqqında fərman imzalayıb. Bu da Konstitusiya Komissiyasının missiyasının başa çatdığını təsdiqləyir.

ELÇİN





Bölməyə aid digər xəbərlər