YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
Tarix: 13-02-2026 16:49 | Bölmə: Siyasət

YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı gələn ay keçiriləcək.

Reyting.az xəbər verir ki, bu barədə Modern.az-a Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından məlumat verilib.

Bildirilib ki, qurultay hakim partiyanın Nizamnaməsinə uyğun keçiriləcək. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq.

Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildə bir keçirilir.





Bölməyə aid digər xəbərlər