Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 14-02-2026 00:02 | Bölmə: Dünya

Şimali Kipr Türk Respublikasında (ŞKTR) müəssisələrə atəş açmaq və şantaj hadisələrinə görə beynəlxalq axtarışda olan “Kasper” mütəşəkkil cinayətkar qrupun lideri “Emmi” kod adlı Mehmet Kurtoğlunun diplomatik nömrə nişanlı nəqliyyat vasitəsində ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması iddiası Türkiyə təhlükəsizlik qüvvələrini səfərbər edib.
Reyting.az xəbər verir ki, ŞKTR-də çoxsaylı silahlı hücumlar və təhdidlərin törədicisi kimi axtarılan Kurtoğlu Rumıniyada saxlanılıb.
Rumıniya hakimiyyəti tərəfindən Bolqarıstana təhvil verilən Kurtoğlu Bolqarıstandan Türkiyəyə deportasiya edilib. Yanvarın 10-da saxlanılan Kurtoğlu polisə verdiyi ifadədə qaçış prosesini ətraflı təsvir edib.
Kurtoğlu İstanbuldan Ədirnəyə lisenziyasız taksi ilə gətirildiyini və bir gecə şəhər mərkəzindəki apart-oteldə qaldığını bildirib. O, ertəsi gün Ədirnə Yeni Sənaye Sahəsinin 29-cu blokunda yerləşən avtomobilyuma müəssisəsinə aparıldığını və orada bir müddət gözlədildiyini deyib.
Daha sonra Vyetnam Sosialist Respublikasının İstanbuldakı Baş Konsulluğuna məxsus diplomatik nəqliyyat vasitəsinə üç nəfərlə birlikdə aparılıb. Beləcə, diplomatik nömrə nişanlı nəqliyyat vasitəsinin baqajında ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılıb. O, Bolqarıstana keçdikdən sonra Rumıniyaya gedib.
Kurtoğlunun açıqlamasından sonra Ədirnə polisi genişmiqyaslı araşdırmaya başlayıb. Apart-otel və avtomobilyuma məntəqəsindən təhlükəsizlik kamerasındakı görüntülər araşdırılıb. Texniki təhlillər nəticəsində məlum olub ki, sözügedən avtomobil Vyetnamın İstanbuldakı Baş Konsulluğuna məxsus diplomatik nəqliyyat vasitəsidir. Həmçinin, nəqliyyat vasitəsinin 23 yanvar - 1 fevral tarixləri arasında Kapıkule vasitəsilə Bolqarıstana və Pazarkule Gömrük Qapısı vasitəsilə Yunanıstana çoxsaylı giriş-çıxış etdiyi müəyyənləşib.
İstintaqa Kurtoğlunun İstanbuldan Ədirnəyə daşınmasında iştirak etdiyi iddia edilən saxta taksi sürücüsü və Ədirnədə onun gizlədilməsi və qaçaqmalçılığına kömək etməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
Şübhəlilərin diplomatik toxunulmazlıqdan istifadə edərək əməliyyatda fəal rol oynadıqları güman olunur.
Hadisənin diplomatik nəqliyyat vasitəsindən istifadə iddiası səbəbindən beynəlxalq miqyas aldığı, müvafiq konsulluq nəqliyyat vasitəsi və personalı ilə bağlı inzibati və məhkəmə araşdırmalarının başlandığı bildirilir.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək