14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Bakıda quldurluqla məşğul olan şəxslər saxlanıldı
Tarix: 09-09-2019 18:51 | Bölmə: Cəmiyyət
Bakıda quldurluqla məşğul olan şəxslər saxlanıldı

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini L.Abbaszadə sentyabrın 8-də rayonda işlədiyi köşkə girən naməlum şəxsin onu bıçaqla hədələyərək 650 manat pulunu aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Məmmədov dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakinləri R.Babaşova və Ö.Bağırova hədə-qorxu gəlib onlardan pul almaqda şübhəli bilinən Ağdam rayon sakini K.Baxşıyev yaxalanıb.

Faktlarla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq