Katolik kilsəsi və daxili işlər naziri hicabın müdafiəsinə qalxdı
Tarix: 18-08-2016 19:00 | Bölmə: Cəmiyyət


Fransada bəzi bələdiyyələrin çimərliklərdə də qadınlara hicabı qadağan etməsinə İtalyan Yepiskoplar Konfransından (CEI) və İtaliya daxili işlər nazirindən təpki gəlib.

Reyting.az "Corriere della Sera" qəzetinə istinadla xəbər verir ki, CEI baş katibi monsenyor Nunzio Qalantino birgə yaşamanın öyrənilməsinin lazım olduğunu ifadə edib: "Digər mədəniyyətlərin simvollarını tanımalı və onları qəbul etməliyik".

Müsəlman qadınların geyimindən danışan katolik ruhani əlavə edib: "Rahibənin də başörtüyü var".

İtaliya daxili işlər naziri Angelino Alfano isə İtaliyada çimərliklərdə hicabın yasaqlanamayacağını deyib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər