12:06 / 03-02-2026
Tehranda bazar yanır
Respublika hərbi prokuroruna müavin təyin edilib
Tarix: 03-02-2026 16:48 | Bölmə: Gündəm

Respublika hərbi prokuroruna müavin təyin edilib

Respublika hərbi prokuroruna yeni müavin təyin edilib.

Reyting.az xəbər verir ki, baş prokuror Kamran Əliyevin əmrinə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsinə təyinat alıb.

Bundan başqa, ədliyyə polkovnik-leytenantı Samir Qarabəyli Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.






Bölməyə aid digər xəbərlər