AMEA-da kadr təyinatları imzalanıb
Tarix: 03-03-2020 20:00 | Bölmə: Cəmiyyət
AMEA-da kadr təyinatları imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr təyinatları olub.

Məlumata görə, Fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə tövsiyə olunub.

Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və institutun elmi katibi, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev növbəti beş il üçün həmin vəzifələrə tövsiyə olunub.

Elmi şura tövsiyə olunan namizədlərin müvafiq vəzifələri tutmaları, AMEA Riyaziyyat və Mexanika İnstitutunun təklif etdiyi namizədlərin müvafiq şöbə müdiri, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrinə təsdiq olunmaları barədə qərar qəbul edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}