09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Karantin rejimini pozan 9959 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib
Tarix: 09-04-2020 10:32 | Bölmə: Cəmiyyət
Karantin rejimini pozan 9959 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polis İdarəsinin məlumatına görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozan 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq