20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Eldar Mahmudova qarşı məhkəmə başlayıb - İddia
Tarix: 24-04-2018 10:21 | Bölmə: Cəmiyyət
Eldar Mahmudova qarşı məhkəmə başlayıb

Bu gün Yasamal Rayon Məhkəməsində keçmiş milli təhlükəsizlik naziri (MTN), general-polkovnik Eldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.

Hakim Sərdar Mehrəliyevin sədrliyi ilə baş tutun iclasda E. Mahmudovun məhkəməyə gəlmədiyi bildirilib. “MTN işi” üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev iddia ərizəsində qanunsuz olaraq həbs edilməsinə görə sabiq nazir E. Mahmudovdan mənəvi təzminat kimi 100 min manat tələb edib.

Məhkəmə zalında E. Mahmudovun qaynı olduğunu bildirən şəxs keçmiş nazirin məhkəməyə verilməsi haqda dünən məlumat aldığını deyib. Buna görə iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə prosesdə iştirak etmək üçün onlara vaxt verilməsini istəyib.

Hakim qeyd edib ki, qanunverciliyə edilən dəyişikliyə əsasən nümayəndə yalnız Vəkillər Kollegiyasının üzvü ola bilər.

M. Mustafayev vəsatət verərək E. Mahmudovun prosesdə iştirak etməsini istəyib. Hakim onun vəsatətini təmin edib və növbəti iclasda cavabdeh Mahmudovun iştirak etməsi üçün prosesin mayın 3-də davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində qanunsuz olaraq silah saxlamaqda ittiham edilərək 2 il müddətinə azadlıqdna məhrum edilib. Onun qardaşı polkovnik Malik Mustafayev MTN-də yüksək vəzifə tutub. Mətləb Mustafayevin həbsindən 2 gün sonra Malik Mustafayev özünü asaraq intihar edib. E. Mahmudov vəzifədən çıxarılandan və MTN generalları həbs ediləndən sonra Mətləb Mustafayev bəraət alaraq azadlığa çıxıb.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər